Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Prezidentin səlahiyyətləri azaldılmalıdırmı? – Şərh

 

konstitusiya-kitabiAydın Mirzəzadə: “Hazırkı səlahiyyətlər daxilində indiki prezidentli respublika ölkənin tələblərinə tam olaraq cavab verir”

Zaman-zaman müxalif düşərgədə Azərbaycanda prezidentin səlahiyyətlərinin azaldılması və bunun müqabilində qanunverici orqanın səlahiyyətinin artırılması vacibliyi vurğulanır.

Müxalif partiyalar belə hesab edir ki, indiki situasiyada prezidentin daha geniş səlahiyyətlərə malik olması optimal idarəetmə variantı deyil.

aydinmir3Bu məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən millət vəkili, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə idarəetmənin operativ və səmərəli həyata keçirilməsi baxımından prezidentin səlahiyyətlərinin azaldılmalı olduğu barədə səslənən təkliflərin reallığı əks etdirmədiyini bildirdi: “Dünyada respublika dövlət quruluşunun iki forması var, bunlar prezident  və  parlament tipli respublikalardan ibarətdir. Hər bir dövlət öz tarixi inkişafına, spesifikasına, siyasi ənənələrə görə müəyyən bir forma seçir. Məsələn, bu gün ABŞ, Fransa və Rusiya kimi dövlətlər prezident respublikası hesab olunurlar. Azərbaycan müstəqillik qazandıqdan sonra prezidentlik üsul idarəli respublikaya üstünlük verdi. Bu icra hakimiyyətinin səlahiyyətlərinin operativ və səmərəli həyata keçirilməsi üçün lazım olan bir mexanizmdir. Ötən illər də göstərdi ki, ölkəmizdə mövcud olan prezident üsul idarəli  respublika quruluşu özünü tam doğruldub.

O cümlədən ölkəmizdə parlamentin də kifayət qədər böyük səlahiyyəti var. Qanunverici orqan büdcəni təsdiq edir, hökumət və müəyyən dövlət strukturlarının hesabatını dinləyir, deputat sorğusu göndərə bilir. Həmçinin ölkə siyasi həyatında Azərbaycan parlamentinin rolu həddən artıq yüksəkdir. İstənilən bir məsələyə ilk növbədə parlament üzvlərinin mövqeyi səslənir və yaxud arzulanır. Bu baxımdan struktur dəyişikliyini düzgün hesab etmirəm. Hazırkı səlahiyyətlər daxilində indiki prezidentli respublika ölkənin tələblərinə tam olaraq cavab verir”.

ELÇİN

www.yenicag.az

356