Naxçıvan Muxtar Respublikasına Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Fuad Vahid oğlu Nəcəfli artıq iş başındadır.
Yenicag.az xəbər verir ki, bu barədə Musavat.com-a Naxçıcandakı mənbələr məlumat verib.
Həmçinin Prezident Adminiatrasiyasının rəhbər şəxsləri də Naxçıvandadır. Hazırda Naxçıvan Ali Məclisində geniş tərkibdə iclas keçirilir.
Xatırladaq ki, Nəcəfli Fuad Vahid oğlu 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.
BDU-nu Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb. Beynəlxalq Sığorta Şirkətində, “Star Alyans” Sığorta Şirkətində, “Texnikabank”da, “Paşa Holdinq” MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib.
2019-cu ildən “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının üzvüdür.