!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin səs verdiyi dairədən kim seçildi?

!Reklam – Yazi

1446365812655741003_1000x669Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanda növbəti dəfə parlament seçkiləri keçirilib.

Səsvermə prosesində Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri də iştirak ediblər.
Ölkə başçısı 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin nəticələrə əsasən, prezident İlham Əliyev və ailə üzvlərinin səs verdiyi seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, Yap Səbail Rayon Təşkilatının sədri Şəmsəddin Hacıyev ən yüksək nəticəni göstərib. YAP-çı namizəd 61,6 faiz səs toplayaraq deputatııq mandatı qazanıb.

Qeyd edək ki, həmin dairədə Şəmsəddin Hacıyevlə yanaşı namizədlər – Gülnarə Cəfərova, Mahmud İslamov, Yaqut İslamova, Təranə Məmmədova, Mehman Tanrıverdiyev deputatlıq uğrunda mübarizə aparıb.

Xatırladaq ki, ötən gün keçirilən seçkilərdə 2 milyon 897 min 188 nəfər səsvermədə iştirak edib. Ölkə üzrə seçici fəallığı 55.7 faiz təşkil edib(Azvision).

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv