Prezidentin vaksin “nümunəsi”: Yeni peyvəndi öz üzərində sınadı

Vladimir Putin COVID-19 əleyhinə yeni hazırlanmış vaksinlə peyvənd olunub.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin burundan orqanizmə yeridilən vaksinlə peyvənd olunduğunu açıqlayıb.

Putinin sözlərinə görə, o “Sputnik Lite”la təkrar peyvənd olunduqdan bir gün sonra “burun vaksini”ni də öz üzərində sınaqdan keçirib.