Prezidentin xanımından iddialara CAVAB: “Cinsimi dəyişməyim haqda yayılan şayiələr…”

Fransa prezidenti Emmanuel Makronun xanımı Brijit barəsində yayılan iddiaları “bədxahların işi” adlandırıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Brijit yerli RTL kanalına müsahibəsində cinsini dəyişməsinə dair iddiaları da cavablandırıb.

Fransanın birinci xanımı bildirib ki, bədxahlar müxtəlif manipulyasiyalara əl atıblar və daha sonra doğma qardaşının obrazını ona “sırıyıblar”.

“Onların bizim ailənin genealoji ağacını dəyişdirdiklərini anlayana qədər haqqımda deyilən bu iddiaları sadəcə, kənardan izləyirdim. Birdən-birə belə alındı ki, mən öz doğma qardaşıma “çevrildim”. Artıq söhbət ailəmizin genealogiyasından gedir və bu qəbuledilməzdir”.