!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin Xocalıdan verdiyi MESAJ: “İlham Əliyev strateji düşünür və addımlar atır”

!Reklam – Yazi

“Başımıza gətirilən qanlı hadisələrə laqeyd yanaşan dünya indi ədalətdən danışmağa mənəvi haqq sahibi olmayacaq”.

Bunu Yenicag.az-a açıqlamasında Prezident İlham Əliyevin Xocalı səfərinin regional və geosiyasi cəhətdən özündə hansı mesajları ehtiva etdiyi ilə bağlı fikirlərini səsləndirən VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Xocalı səfəri Azərbaycanın beynəlxalq siyasətdə hansısa mesajı verməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Xocalıya budəfəki səfərdə Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Xocalı soyqırımının tanınması şərtlərdən biri kimi açıqlandı. Bunun Xocalıda səsləndirilməsi bir daha dünyanın diqqətini cəlb etmək baxımından faydalıdır. İlham Əliyev strateji düşünür və addımlar atır. Məsələnin məkan üzərindən gündəmə gətirilməsi siyasi mühitin formalaşmasında təsir edə biləcək amildir. Çünki Xocalı böyük siyasətin başlanğıc plasdarmı kimi çıxış edir”, – deyə o qeyd edib.

F.Mustafa vurğulayıb ki, Prezident həmçinin bir daha belə faciənin yaşanmaması üçün güclü olmağın vacibliyini göstərdi. “Bu həm cəmiyyətimizə, həm də xaricə mesajdır.
Başımıza gətirilən qanlı hadisələrə laqeyd yanaşan dünya indi ədalətdən danışmağa mənəvi haqq sahibi olmayacaq. Mütləq Xocalıda baş verənlərə reaksiya, fikir, düşüncə formalaşmalıdır. Bildirməlidirlər ki, baş verənlər unudulmayıb”, – deyə deputat bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv