Prezidentin yoluna çıxan SƏRXOŞ SÜRÜCÜ – Polis atəş açdı

Özbəkistan prezidentini müşayiət edən avtomobil korteji riskli vəziyyətlə üzləşib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, sərxoş sürücü xəbərdarlığa məhəl qoymayaraq Özbəkistan prezidenti Şövkət Mirziyoyevin kortejinin hərəkət etdiyi yola çıxıb.

Mühafizəçilər təlimata uyğun olaraq qaydaları pozan avtomobili dayandırmaq üçün atəş açmağa məcbur olublar. Sərxoş sürücü xəsarət almayıb.

Bununla belə, 46 yaşlı sürücüyə qarşı cinayət işi açılıb. İttihamın sübut olunacağı təqdirdə, sürücünü 3 ilə qədər həbs cəzası gözləyir.