!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin yüksək vəzifə verdiyi Xalid Əhədov kimdir?

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamına əsasən, Xalid Nurəddin oğlu Əhədov Prezidentin sosial iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

Yenicag.az Prezidentin yeni köməkçisinin bioqrafiyasını oxuculara təqdim edir:

Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub. Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir.

1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin, dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olur və Barselonada MBA təhsili alıb.

Elə həmin dövrlərdə bir sıra yerli və xarici elmi jurnallarda müxtəlif məqalələri işıq üzü görüb.

Professional fəaliyyəti:

1999-cu ilin mart ayı – “Bank of Baku”da komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri;

2005-ci il – “Bank of Baku” İdarə Heyəti sədrinin müavini;

2012-ci il – “Unibank”da İcraedici komitənin üzvü;

2015-ci il – “Unibank”da İcraçı direktor vəzifəsi;

12.07.2016 – “Bank Standard”da Baş direktor;

02.12.2016 – “Azər Türk Bank”ın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraedicisi;

10.01.2017 –  “Beynəlxalq Bank”ın İdarə Heyətinin sədri;

14.03.2018 – “Beynəlxalq Bank”ın Müşahidə Şurasının üzvü.

Xatırladaq ki, Xalid Əhədov sonuncu olaraq, 2018-ci ildən bu günə qədər Birinci vitse-prezidentin köməkçisi vəzifəsində çalışıb.

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv