Prezidentinin Willys-i satılır

3111281943-cü il istehsalı bu Jeep Willys avtomobilinin məhz Amerika prezidentinə məxsus olduğunu sübut etmək üçün ən yaxşı üsul nə ola bilər? – Əlbəttə ona 750 000 dollar qiymət qoymaq!

Duayt Eyzenhaueri yəqin ki, 20-ci əsrin ən aparıcı şəxslərindən biri hesab etmək olar. Belə ki, o Avropada müttəfiq qoşunların ali baş komandanı kimi 1942-43-cü illərdə Şimali Afrikaya (“Məşəl” əməliyyatı) və 1944-45-ci illərdə Qərb cəbhəsindən Fransa və Almaniyaya uğurlu müdaxilənin planlaşdırılmasına cavabdeh olub.

Məhz buna görə bu avtomobil (əgər onun sahibi doğrudan da Eyzenhauer olubsa) kolleksiya dəyərinə sahibdir. Satıcının sözlərinə görə Jeep ABŞ prezidentinə müharibə bitdikdən sonra Şotland xalqı tərəfindən hədiyyə edilib.

(news.mill.az)