Xəbər verdiyimiz kimi, Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib.
Yenicag.az xəbər verir ki, ziyafət zamanı məşhur müğənni Azərin “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirib.
Müğənninin ifasını Azərbaydan və Türkiyə liderləri ayaq üstə alqışlayıblar.
Həmin görüntüləri təqdim edirik: