Prezidentlər təkbətək görüşdü

ilham_eliyev_esrafqaniRəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin siyasi sahədə uğurla inkişaf etdiyi bildirilib. İqtisadi əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb.

Əlaqələrin möhkəmləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunub. Söhbət zamanı ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə geniş tərkibdə görüşü keçirilib. Prezidentlər görüşdə çıxış ediblər.

COP29