Prezidentlərin görüşü necə keçdi? – XİN-dən ilk açıqlama

XİN rehber azeri 14 oyun“Azərbaycan tərəfi Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini müsbət qiymətləndirir”.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

XİN rəhbəri qeyd edib: “Görüş konstruktiv şəkildə keçirilib. Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. İnanırıq ki, görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq imkanı yaradacaq”.