Prezidentlərin görüşünə hazırlıq gedir – Peskov

peskovaqaqRusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün təşkili istiqamətində iş gedir.

AzVision.az Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Bu istiqamətdə iş gedir. Belə görüşlərin keçiriləcəyini istisna etmirik”, – deyə Peskov qeyd edib.

Peskov bildirib ki, prezidentlərin Sankt-Peterburq görüşü rəsmi təsdiqini tapan kimi əlavə məlumat veriləcək.