Prezidentlərin iyun görüşü baş tutacaq

0cadd0d2fb1a2e6151e375568a5aa4a7gksfvATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağla bağlı bəyanat yayıblar.

Bəyanat həmsədrlərin Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşündən sonra açıqlanıb. “Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsi və ATƏT-in araşdırma üzrə mexanizminin yaradılması barədə təklifləri nazirlərə təqdim ediblər”, – deyə müraciətdə qeyd olunur.

Öz növbəsində nazirlər münaqişənin həlli üzrə danışıqların bərpası üçün prezidentlərin iyun ayında keçiriləcək görüşə razılıq verdiklərini təsdiq ediblər.