Prezidentlərin kritik görüşü başladı – İlk AÇIQLAMALAR/VİDEO

Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında təkbətək görüş başlayıb.

Yenicag.az xəbər verir ki, liderlər görüşdən öncə açıqlama verib.

Putin bildirib ki, İdlibdəki vəziyyətə birbaşa müdaxilə etməliyik: “Dediyim kimi, heç kim türk hərbçilərinin vurulan bölgədə olduğunu bilmirdi. Türkiyə əsgərlərinə görə başsağlığı verirəm”.

Ərdoğan isə bölgədə ciddi problemlərin olduğunu vurğulayıb: “Türkiyə-Rusiya əlaqələrinin  gərgin dönəmini yaşayırıq. Həm müdafiə sənayesində, həm də ticarət əlaqələrində  çox fərqli bir dövrü yaşayırıq. Bu əlaqələri irəlilətmək ən başlıca məqsədimizdir. Bunun öhdəsindən gələcəyimizə inanıram”.

“Bu görüşü Türkiyədə keçirəcəkdik. Sizin konstitusiya ilə bağlı fəaliyətinizə görə görüşü burada gerçəkləşdiririk. Bu gün burada atacağımız addımlar həm bölgəni, həm də ölkələrimizi rahatladacaq”, – Ərdoğan qeyd edib.

Qeyd edək ki, son zamanlar Türkiyə və Rusiya arasında üç mərhələdə keçirilən danışıqlar uğursuz olub.