Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli Zirvə görüşü keçiriləcək.
Yenicag.az xəbər verir ki, sözügedən dövlət başçılarının növbəti görüşü 2018-ci ildə Rusiyada baş tutacaq. Bu barədə İran prezidenti Həsən Ruhani məlumat verib. O bildirib ki, Rusiya prezidenti Vladimir Putin növbəti üçtərəfli Zirvə görüşünün Rusiyada keçirilməsini təklif edib. Onun bu təklifi Həsən Ruhani və Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən də müsbət qarşılanıb.