!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə mayın 8-də geniş tərkibdə görüşü keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

– Cənab Prezident, nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz.

Ölkəmizə yenidən səfər edən əziz dostum Prezident Radevi görməyə çox şadam. Bildiyiniz kimi, bizim mütəmadi təmaslarımız olur və qarşılıqlı səfərlərin həyata keçirilməsi artıq yaxşı bir ənənəyə çevrilib. Mən şadam ki, biz səmərəli müzakirələrimizi davam etdirəcəyik və tərəfdaşlığımızı gücləndirəcəyik.

Cənab Prezidentlə görüşümüzdə əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə etdik və əlbəttə ki, əsas diqqəti yeni nəticələr əldə olunmasına yönəltdik. Bilirəm ki, nümayəndə heyətlərinin üzvləri artıq təmasda olublar, bəziləri dünən, bəziləri bu gün. Müzakirə etməli çox məsələlər var. Gündəlik həqiqətən də çox genişdir, güclü siyasi əlaqələr var. Bu gün biz strateji tərəfdaşlığımızın gücləndirilməsinə dair Bəyannamə imzalayacağıq. İqtisadi, enerji, nəqliyyat sektorları – hamısı çox yaxşı səviyyədədir. Mən tərəfdaşlığımızı nəzərdə tuturam və əlbəttə ki, humanitar əlaqələri. Əməkdaşlıq razılaşması imzalamış iki şəhərdən – Veliko Tırnova və Şuşadan olan təmsilçilər də əməkdaşlığımızın əhəmiyyətli hissəsinə töhfə verir.

Biz şadıq ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bizim Bolqarıstana qaz təchizatımız artır. Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək. Beləliklə, cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.

***

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü başlayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

***

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü başlayıb.

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv