Prezidentliyə namizədi mitinqdə belə bıçaqladılar – VİDEO

Braziliyada prezidentliyə namizəd olan Jair Bolsonaro bıçaqlanıb.

Yenicag.az xəbər verir ki, Sosial Liberal Partiyasının nümayəndəsi mitinq zamanı hücuma məruz qalıb.

O, Juis de Fora şəhərində çıxış edən zaman bıçaqlanıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Bolsonaro əməliyyat olunub. O, 10 gün xəstəxanada həkim nəzarətində qalmalı olacaq.