Prezidentliyə namizədləri mediadan “uzaqlaşdıran” SƏBƏB: “Onlar seçki prosesindən şans kimi…”

“Siyasi bioqrafiyalarında keçmiş prezidentliyə namizəd yazılması onlar üçün böyük şansdır”.

Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar preizdent seçkiləri prosesində namizədlərin media ilə reklam əməkdaşlığından yayınmalarının səbəblərini dəyərləndirən Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, prezidentliyə namizədlərin əksəriyyətinin seçki kampaniyasında media ilə ödənişli əməkdaşlıq etməmələri gözlənilməz olmadı:

“Yəni bundan artığını gözləmək qeyri-peşəkarlıq olardı. Namizədlər müəyyən qədər şans hiss etdikləri zaman mətbuata yatırım edə bilərdilər. Lakin müşahidə etsək, onların özləri üçün ayrılan efir vaxtlarında belə danışacaq sözlərinin olmadığını görürik. Sadəcə, efir vaxtının tez bitməsini gözləyirlər.

Belə olan halda namizədlər mətbuatda hansı çağırışlar edəcək, seçicilərə hansı mesajları verəcəklər? Seçicilərin böyük əksəriyyətinin fikri hamıya aydındır. Namizədlər nə danışsalar belə, inandırıcı olmayacaq. Onlar seçki prosesindən şans kimi istifadə etməyə çalışırlar. Siyasi bioqrafiyalarında keçmiş prezidentliyə namizəd yazılması onlar üçün böyük şansdır.

Əlavə olaraq, adlarının bəzi məsələlərdə prezident İlham Əliyevlə birgə çəkilməsi, təşviqat lövhələrində şəkillərinin bir yerdə olması onlar üçün böyük uğurdur. Belə bir şəraitdə onıların medianın imkanlarından yararlanaraq seçki təşviatı aparmamaları təbiidir. O namizədlər bəlkə də seçicilər arasında xal qazanmaq üçün hansısa addımlar ata bilərdilər. Ancaq yəqin k, buna ehtiyac görmürlər. Nəticə etibarilə, isə mənzərə ortadadır”.

Nəsimi Ələsgərli

COP29