!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Prezidentliyə namizədlərin görüşünə əhalinin məcburən gətirilməsi...” – Seçki eksperti

!Reklam – Yazi

“Tədbir keçirdiyimiz rayonlarda prezidentliyə namizədlərin görüşləri bizim təlimlərdən sonra baş tutub”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bölgələrdə seçki prosesinin gedişini dəyərləndirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

Qərargah rəhbərinin sözlərinə görə, regionlarda əhalinin seçkilərə marağı yüksək səviyyədədir:

“Bizim fəaliyyətimiz ölkənin demək olar ki, bütün regionlarını əhatə etdi. Əksər rayonlarda seminarlar, təlimlər keçirdik. Sonuncu tədbirimiz isə Bakıda baş tutdu.

Müşahidələrimizə əsasən deyə bilərik ki, əhalinin seçkilərə münasibəti normaldır. Seçicilərin tədbirlərdə iştirak səviyyəsi və verilən suallar da göstərdi ki, seçkiyə kifayət qədər maraq var.
İştirakçıların əksəriyyəti seçki məntəqələrinə gedərək, onların etimadını qazanmış namizədlərə səs verəcəklərini bildirirdilər. Yəni müşahidələrimizə əsasən, əhalinin seçkilərə yönəlik münasibəti pozitivdir”.

Zülfüqarlı prezidentliyə namizədlərdən bəzilərinin bölgələrdə keçirdikləri görüşlərə büdcə təşkilatlarına işləyənlərin məcburən gətirilməsinə dair iddialarla bağlı bunları deyib:

“Qeyd edim ki, tədbir keçirdiyimiz rayonlarda prezidentliyə namizədlərin görüşləri bizim təlimlərdən sonra baş tutub.

Məsələn, biz Cəlilabadda, Lənkəranda təlimləri keçirib qayıdandan sonra öyrəndik ki, o rayonlarda prezidentliyə namizədlərlə görüş olub.

Bizim vaxt baxımından elə bir imkanımız olmadı ki, namizədlərin seçicilərlə görüşlərində müşahidə aparaq. Ona görə də, bu iddialara namizədlərin özləri daha dəqiq cavab verə bilərlər”.

A.Zeynalov

www.yenicag.az

2078
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv