Prezidentliyə namizədlərin ödənişli TƏŞVİQATI: “Seçki təbliğatı ilə əlaqədar hazırlanan materiallar və…”

“Seçki prosesində medianın imkanlarından kifayət qədər istifadə olunduğunu rahatlıqla demək mümkündür”.

Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri çərçivəsində namizədlərin media ilə reklam əməkdaşlığını dəyərləndirən politoloq Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, seçki prosesi çərçivəsində medianın imkanlarından kifayət qədər istifadə olunub:

“Məsələn, təmsil olunduğum Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının seçki prosesində apardığı təbliğat-təşviqat kampaniyası çərçivəsində çoxsaylı media qurumları ilə əməkdaşlıq edilib. Seçki kampaniyasında əməkdaşlıqla bağlı partiyamıza müraciət edən media resurları ilə uğurlu birgə fəaliyyətimiz olub.

Mütəmadi olaraq seçki təbliğatı ilə əlaqədar hazırladığımız materiallar və açıqlamalar həmin resurslar sayəsində xalqa çatdırılır. Bu amilləri nəzərə aldıqda, seçki prosesində medianın imkanlarından kifayət qədər istifadə olunduğunu rahatlıqla demək mümkündür. Ancaq digər namizədlərin media ilə əməkdaşlığı haqda nəsə deyə bilmərəm”.

Nəsimi Ələsgərli

COP29