Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Prezidentliyə namizədliyin qeydə alınması üçün verilən vaxt başa çatdı

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədliyin qeydə alınması üçün seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti sabah başa çatır.

Yenicag.az xəbər verir ki, Təqvim Planına əsasən, seçki sənədləri səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış MSK-ya təqdim edilməlidir.

Növbədənkənar prezident seçkiləri 11 aprel tarixinə təyin edildiyindən sənədlərin təqdim edilməsi üçün car ilin fevralın 20-dən martın 12-si saat 18.00-dək vaxt müəyyən edilib.

Qeyd edək ki, MSK tərəfindən indiyədək 7 nəfərin namizədliyi qeydə alınıb.

www.yenicag.az

1410
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS