“Priora” ilə dirəyə çırpıldı, sürücü öldü

Balakən rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, aprelin 2-də saat 4 radələrində Balakən rayonunun H.Əliyev prospektində Katex kənd sakini Rəvan Mikanayev idarə etdiyi “Priora” markalı avtomobili dirəyə vurub və nəticədə hadisə yerində ölüb.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.

COP29