Priqojin yenidən Belarusa yollandı

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin yenidən Belarusa uçub.

Yenicag.az xəbər verir ki, bu, Yevgeni Priqojinin Belarusa altıncı səfəridir.

Göyərtəsində Y.Priqojinin olduğu təyyarə Sankt-Peterburqdan havaya qalxıb və Minsk yaxınlığında yerləşən Maçulişie aerodromuna enib.

Qeyd edək ki, iyunun 24-də baş vermiş hərbi qiyamdan sonra “Vaqner” hərbi şirkəti Belarusa yerləşib, orada muzdlu döyüşçülər üçün bazalar inşa edilib.

Mənbə: Uanews