Priqojinin 10 milyardı özünə qaytarıldı

“Vaqner” muzdlu dəstələrinin rəhbəri Yevgeni Priqojinin müsadirə olunan 10 milyard rubl vəsaiti geri qaytarılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb.

İddiaya görə, iyulun 2-si axşam saatlarında Priqojinə 10 milyard rubl, yüz minlərlə dollar və beş külçə qızıl qaytarılıb.

Nəşr bildirir ki, Priqojin köçürmə prosedurunda iştirak etməyib. O həmin vaxt Moskvada olub. “Vaqner” rəhbərinin pulu götürmək üçün sürücüsünü göndərdiyi deyilir./Modern.az

COP29