Priqojinin cəsədi rəsmən tanındı

Yevgeni Priqojinin cəsədi morqda “Vaqner”in komandirlərindən biri tərəfindən rəsmi olaraq tanınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın olan “VÇK-OQPU” Teleqram kanalı məlumat yayıb.

Əsas əlamət Priqojinin bir barmağının olmaması idi.

Həmçinin, “Vaqner”in ikinci lideri Dmitri Utkin də morqda boyu və bədənindəki tatu əsasında tanınıb.