Priqojinin ehtimal olunan dəfn yerində hazırlıq işləri başladı – FOTO

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və onun partlayan təyyarəsinin qalan sərnişinlərinin dəfn yeri hələlik məlum deyil. Lakin ehtimal ki, bu, Sankt-Peterburqdakı Serafimovski qəbiristanlığıdır.

Bildirilir ki, məzarlığın bütün girişlərinə polis dəstələri yerləşdirilib və əsas girişin qarşısında metal detektor çərçivələri peyda olub.

Məlumata görə, həlak olan 10 nəfərdən beşi orada dəfn olunacaq.

Səhər saatlarında bu qəbiristanlığın ətrafında ciddi tıxaclar yaranıb.

Bundan başqa Boqoslovskoye, Severnoye və Smolenskoye qəbiristanlıqları da hazırlanır.

Xatırladaq ki, avqustun 23-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojinə məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb. Verilən məlumata əsasən, hadisə vaxtı “Vaqner”in rəhbəri Yevgeni Priqojin də təyyarənin sərnişinləri arasında olub.

Təyyarənin ABŞ-dən qeyri-qanuni yolla gətizdirilən və uçuş ərəfəsində dəyişdirilən turbo-soyuducusuna bomba yerləşdirildiyi ehtimal edilir.

Qeyd edək ki, “Flightradar” resursu qəza zamanı Priqojinin təyyarəsinin texniki göstəricilərini və baş verənlərin detallarını açıqlayıb.

 

Mənbə: Fontanka