“Vaqner” muzdlu hərbi birləşməsinin yaradıcısı Yevgeni Priqojinə məxsus olan “Concord-M” şirkətinin yeni sahibinin kim olduğu məlum olub.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Şirkətin sahibi Roman Kozlov adlı şəxsdir. Onun haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Priqojin 2007-ci ildə “Concord-M”i təsis edib. O vaxtdan bəri şirkət tenderlərdən 900 milyon rubldan çox gəlir əldə edib.