Rusiyanın “Vaqner” muzdlu hərbi qruplaşmasının lideri Yevgeni Priqojinin təyyarəsində olan stüardessa Kristina Raspopovanın ölümündən əvvəl qohumu ilə telefon danışığı məlum olub.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı stüardessa uçuşdan əvvəl qohumu ilə telefon danışığı zamanı təyyarədə müəmmalı təmir işlərinin aparıldığını deyib.
Onun sözlərinə görə, təmir işlərinin aparılması planda olmayıb və təcili yekunlaşdırılaraq Moskvaya uçuşa başlayıblar.