“Prius” daha bir qəza törətdi – VİDEO

Bakının Yasamal rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə kənar dairəvi yolda qeydə alınıb.

Belə ki, qarşı yola çıxaraq qayda pozan “Uber” taksi xidmətinə məxsus, 90-UP-849 qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobilin sürücüsü meyvə-tərəvəz daşıyan VAZ 2104 markalı avtomobillə toqquşub. Nəticədə avtomobillərə maddi ziyan dəyib və VAZ markalı avtomobildə olan qarpızlar yola səpələnib.