Bakıda “Toyota Prius” markalı avtomobilin sürücüsünün görüntüləri həyəcan doğurub.
Yenicag.az xəbər verir ki, bu barədə baku.ws-in qaynar xəttinə məlumat daxil olub.
Görüntülər Yasamal rayonu, Mətbuat prospektindəki “50 qəpik” adlanan avtoyuma məntəqəsində lentə alınıb.
Sürücünün qeyri-adekvat hərəkətləri ətrafdakıların diqqətindən yayınmayıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, məlum video ilə bağlı məsələ nəzarətə götürülüb:
“Araşdırma aparılır. Lazımi tədbirlər görüləcək”.
Görüntüləri olduğu kimi təqdim edirik: