Bəzi Avropa ölkələri üçün İran viza möhürünün pasportlara vurulması problemi həll olunub.
Yenicag.az-ın məlumatına görə, bunu İranın Turizm Agentlikləri Birliyinin sədri Hörmətullah Rəfii deyib.
Onun sözlərinə görə, Avropanın bəzi ölkələrində vətəndaşların pasportlarına İran möhürü vurulduqda onların ABŞ-la ticarət mübadilələrinin qarşısının alınması ilə bağlı narahatlıq vardı.
Artıq bu problem aradan qaldırılıb./Trend/