“Düşünürəm ki, bu istismara yaralı olan nəqliyyat vasitələrini yenidən bərpa edib, iş yerlərini artırıb, onu taksi fəaliyyəti məşğul olan insanlara yönəltsələr, daha faydalı olardı”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında bir zamanlar geniş şəkildə fəaliyyət göstərən “London taksiləri”nin indiki vəziyyəti barədə danışan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov deyib.
Onun sözlərinə görə, onlardan bəziləri artıq sıradan çıxmaq üzərədir:
““London taksiləri” ölkəmizə 2010-2011-ci ildə dövlət büdcəsindən ayrılan vəsait hesabına gətirilmişdi. Bakıda taksi xidməti kimi fəaliyyət göstərirdi.
Bir müddət sonra bəlli oldu ki, bunlar artıq öz parklarına yerləşdirilib və bir çox nəqliyyat vasitələri yağışın, suyun altında qalıb. İstismar müddəti bitən və bitməyən hər biri demək olar ki, sıradan çıxmaq üzrədir. Düşünürəm ki, bu istismara yaralı olan nəqliyyat vasitələrini yenidən bərpa edib, iş yerlərini artırıb onu taksi fəaliyyəti məşğul olan insanlara yönəltdələr, daha faydalı olardı”.
İsmayıl Bakuvi