Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Problemli kreditlərə görə məhkəmələrdə olan işlərə necə baxılacaq?

Bu gün Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı keçirilib.

Yenicag.az xəbər verir ki, yığıncaqda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı prezidentin fərmanından irəli gələn məsələlər barədə hakimlər məruzələr dinləyiblər. Onlara problemli kreditlərə görə məhkəmələrdə olan işlərə yanaşma mexanizmi izah edilib.

Tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov bildirib ki, hakimlərə kredit borcları ilə bağlı məhkəmələrdə olan işlərdə iddiadan imtina və kreditlərin müəyyən hissəsinin ödənilməsi kimi məsələlərə yanaşma yolları izah edilib.

Ələddin Cəfərov son dövrlər məhkəmə sahəsində aparılan islahatlardan da danışıb. O bildirib ki, məhkəmələrdə vahid elektron informasiya sisteminin yaradılması süründürməçilik hallarını aradan qaldırıb.

İttifaq sədri onu da qeyd edib ki, həyata keçirilən islahatlar Azərbaycanın məhkəmə-hüquq sistemini daha da gücləndirəcək./xezerxeber.az/

www.yenicag.az

658
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM