Problemli kreditlərin həcmində YENİ ARTIM: “Banklarda tətbiq edilən prudensiallıq tədbirləri…”

“Banklarda prudensiallığın artıb-azalması problemli kreditlərin həcminə də təsir edir”.

Bu fikirləri manatla olan problemli kreditlərin artmasına təsir edən amillər haqda danışan iqtisadçı Elçin Rəşidov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadi durğunluq müşahidə olunmasına baxmayaraq, problemli kreditlərin həcmi artır:

“Son üç ay ərzində vaxtı keçmiş kreditlərin həcmi azalsa da, manatla olan problemli kreditlərin həcmi 1,61 faiz artıb. Vaxtı keçmiş kreditlərin həcminin artmasının bir neçə səbəbi var. O səbəblərdən biri iqtisadi vəziyyətin dəyişməsidir. Son illərdə Azərbaycanda iqtisadi durğunluq müşahidə olunmasına baxmayaraq, problemli kreditlərin həcmi artır.

Fikirimcə, buna təsir edən amil banklarda tədbiq edilən prudensiallıq tədbirləridir. Banklarda prudensiallığın artıb-azalması problemli kreditlərin həcminə də təsir edir. Mərkəzi Bankın prudensiallıq tədbirləri ilə şərtlər daha da sərtləşdirilir və bu antiinfilyasiya tədbiri kimi təqdim edilir.

Bununla belə, prudensiallıq tələblərinin sərtləşdirilməsi manatla olan problemli kreditlərin həcmini azaltmaq əvəzinə daha da artırıb. Lakin bu tədbirlərə düzgün nəzarət edilmir. Nəticədə prudensiallıq bank sektoruna daha çox giriş əngəlləri və monopolyalaşmanı yaradır, eyni zamanda, qiymətlərin artmasına səbəb olur”.

Nuray Məmmədzadə

COP29