Problemli kreditlərlə bağlı fərman nə qədər vətəndaşı əhatə edəcək?

Azərbaycan Prezidenti İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanı 800 min nəfəri əhatə edəcək.

Yenicag.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu məqsədlər üçün dövlət 700 milyon manatdan çox vəsait ayıracaq.