Tanınmış prodüser Tarix Əliyev (Tolik) şəxsi həyatından danışıb.
Yenicag.az-a açıqlama verən prodüser hamıdan gizlin ailə quracağını deyib:
“Mən evlənəndə heç kim bilməyəcək. Bir onu eşidəcəksiz ki, Tolik evlənib. Çünki qorxuram. Şou-biznesdə evlənənlərin aqibətini görürsünüz, yüz cür söz yazırlar. Natəvan nişanlandı, başladılar ağızlarına gələni yazmağa. Bizdə tanınmışları çox sıxırlar.
Prodüser kasıb qızla ailə quracağını bildirib:
“Mən kasıb, imkansız qızla evlənəcəm, ondan cehiz də istəməyəcəm. Yaraşıqlı olmasa da qəbulumdur, könül sevən göyçək olar. Bir də qız gərək məndən 5-6 yaş kiçik olsun…”.
Cəvahir
Yenicag.az