Prodüserdən SƏRT QADAĞA: Müğənnini klip təqdimatında ağlatdılar – FOTOLAR

Müğənni Kəmalə Qaramollayeva 7 illik fasilədən sonra yenidən səhnəyə qayıdıb.

Yenicag.az xəbər verir ki, o, əməkdar artist Mətanət İsgəndərlinin repertuarından olan “Sən ol” adlı mahnıya çəkilən klipi ilə gündəmə gəlib.

Tanınmış prodüser Asif Kərimov ilə işbirliyinə başlayan Kəmalə sənət fəaliyyətinə fasilə verməsinin səbəblərini də açıqlayıb. O ailə həyatı qurduğuna görə bir müddət səhnədən aralı düşdüyünü, lakin yenidən fəaliyyətini bərpa etdiyini bildirib.

Klipin təqdimat mərasiminə gələn Mətanət İsgəndərlinin sözləri müğənnini göz yaşına boğub:

“Bu mahnını 25 il əvvəl oxumuşam. Çox məşhur müğənnilər bu mahınını məndən istədi, lakin vermədim. Kəmalə də zəng etdi, mahnını oxumaq istədiyini dedi, ona gözləməyi məsləhət gördüm. Çünkü manılarım balalarım kimidir, onları kiməsə verməyə ürəyim gəlmir. Sonradan ürəyim dözmədi, özüm bu mahnının halallığını ona verdim. Dedim ki, Kəmalə mələk kimi qızdır, elə qoy mahnım da mələyə qismət olsun”.

Bu sözlərdən kövrələn Kəmalə göz yaşlarına hakim ola bilməyib.

Sənətçinin prodüseri, sözügedən mahnının söz və musiqi müəllifi Asif Kərimov da K.Qaramollayevaya qadağalar qoyduğunu açıqlayıb:

“Kəmalə sənəti ilə gündəm ola bilər. Digər çalışdığım müğənnilər kimi ona da qadağalarım var. Yersiz qalmaqallar, dedi-qodu, açıq-saçıq geyimlərlə gündəmə gəlmək yasaqdır. Yəqin klipdə də gördünüz, örtülü geyimdə idi”.

Qeyd edək ki, klipin rejissoru Rafiq Rüstəmlidir.

Cəvahir