Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Prodüseri Nadirin sirrini açdı: "O evə bir yerdə getmişik" - VİDEO

“Zəhmətkeş ulduzlar” verilişinin Xızı rayonundakı çəkilişi zamanı müğənni Nadir Qafarzadənin bacısı görüntülənib.

Milli.az-ın məlumatına görə, rayonun girişində – yol kənarında təndir çörəyi satan müğənninin bacısı Afət Nadirin böyük bacısı olduğunu deyib. Qeyd edək ki, bu görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb. Buna görə Nadiri qınayanlar da olub.

Müğənninin prodüseri Ruslan Əliyev Yenicag.az-a açıqlama verərək, bunun ayıb iş olmadığını bildirib:

“Bunu ilk dəfədir ki, sizə deyirəm. Mən özüm şahidəm ki, Nadir hər zaman rayondakı qohum-əqrəbasına necə dəstək olur. Xüsusən də bacılarını diqqətdən kənarda qoymur. Afət xanımın da evinə bir yerdə getmişik, pay-pürüş aparmışıq. O ki, qaldı onun çörək satmasına, burda nə ayıb iş var ki? Kənd adamıdır, əlinin zəhməti ilə pul qazanır. Nadir ona aparıb 10 min manat pul versə və desə ki, “otur evdə, işləmə”, buna razı olmazlar. Çünki kənd adamları zəhmətlə yaşamağa alışıb. Hamının rayonda qohumları var, hamı da əlinin zəhməti ilə çörəkpulu qazanır”.

Cəvahir

www.yenicag.az

2723
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM