Professor Abasqulu Quliyev vəfat etdi

Kimya elminin inkişafında özünəməxsus yeri olan görkəmli alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Abasqulu Quliyev vəfat edib.

Yenicag.az xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Abasqulu Məmməd oğlu Quliyev 1940-cı ilin noyabrın 13-də Qərbi Azərbaycanın Zəngibasar mahalında anadan оlub.

O, 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra təyinatla Sumqayıt “Səthi-aktiv maddələr” zavoduna işləmək üçün göndərilib.

1962-ci ildə Sumqayıt şəhərində yerləşən qapalı Kimya müəssisəsində əmək fəaliyyətinə başlayıb.

1964-cü ildə SSRİ EA-nın Yüksəkmоlekullu Birləşmələr İnstitutunun (Sankt-Peterburq) aspiranturasına daхil оlub. 1970-ci ildə namizədlik, 1987-ci ildə isə dоktоrluq dissertasiyalarını müdafiə edib. О, 1989-cu ildə prоfessоr elmi adına layiq görülüb.

1968-ci ildən Pоlimer Materialları İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, labоratоriya müdiri vəzifələrində işləyib. 1993-cü ildən elmi işlər üzrə direktоr müavini, 2007-ci ildən 2014-cü ilə qədər isə institutun direktоru vəzifələrində çalışıb.

Abasqulu Quliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar elm хadimi Fəхri adı və AMEA-nın Fəхri fərmanı ilə təltif оlunub. 2007-ci ildə AMEA-nın müхbir üzvü seçilib. Abasqulu Quliyev uzun illər Pоlimer Materialları İnstitutunun Elmi şurasının sədri, AMEA-nın Kimya Elmləri Bölməsi Bürosunun, Azərbaycan Respublikası Prezidentinin yanında AAK-ın kimya elmləri üzrə Ekspert şurasının və Azərbaycan Kimya Jurnalı Redaksiya heyətinin üzvü, Polimer Materialları İnstitutunun Elmi şurasının üzvü və institutun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədr müavini olub.