İranda professor qətlə yetirilib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, professor Mövləvi Əbdüşakur Tarşabiyə naməlum şəxs tərəfindən məscidin girişində odlu silahdan atəş açılıb.
Hüquq-mühafizə orqanları professoru qətlə yetirən şəxsin həbsi üçün əməliyyat-axtarış tədbirləri keçirir. Hadisənin səbəbi araşdırılır.