Professor Vaqif Sultanlı Azərbaycan Milli Kitabxanasında rus dilindəki kitabların xarici ədəbiyyat hesab edilmədiyini deyib.
Yenicag.az xəbər verir ki, professor bunun səbəbini başa düşməyin qeyri-mümkün olduğunu vurğulayıb.
“Azərbaycan Milli Kitabxanasında uzun illərdir xarici ədəbiyyat bölümü fəaliyyət göstərir. Türkiyə türkcəsi də daxil olmaqla, başqa dillərdə yayımlanmış kitabları oxumaq üçün bu bölməyə müraciət olunur. Ancaq Azərbaycan otuz ildən artıq müstəqil dövlət olsa da, hansı səbəbdənsə, rus dilindəki kitablara xarici ədəbiyyat kimi baxılmır”, – deyə Vaqif Sultanlı qeyd edib