Professordan HƏYƏCAN TƏBİLİ: “Repetitorluq təhsili içərisindən yeyir”

Rusiyanın Maarif naziri Olqa Vasilevanın “ota məktəblərin yuxarı siniflərində şagirdlər oxumurlar, ancaq repetitorla hazırlaşırlar” fikri bizim sosial mediyada da geniş müzakirə olunur.

Yenicag.az xəbər verir ki, əməkdar elm xadimi, professor Şahlar Əsgərov mövzuya münasibət bildirərkən deyib:

“Bu nəticəyə 10 illər öncə gəlmişik. Repetitorluq təhsili içərisindən yeyir və təhsildə çoxlu fəsadların səbəbidir:

a) repetitorluq fərdin təhsilidir, 1920 ildən qabaqkı təhsildir, bizi geriyə dartır ;

b) repetitorluq dövlətin təhil siyasətini aparmağa əngəldir ;

c) repetitorluq orta məktəblərin yuxarı siniflərini iflic edir;

d) repetitorluq tərbiyəyə və və vənpərvərliyə əngəldir;

e) repetitorluq biliyin mənimsənməsinə yox, əzbərciliyə xidmət edir;

f) repetitorluqdan istifadə edə bilməyən gənclər mənəvi cəhətdən sarsılır;

g) repetitorluq şəhər nəqliyyatında tıxaclara səbəb faktordur.

Və daha nələr, nələr!”

COP29