!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Professordan nikbin AÇIQLAMA: "Omikron" ştamı pandemiyanın sönməsinin sübutudur"

!Reklam – Yazi

“Koronavirusdan sağalmış və ya peyvənd almış insanların “Omikron” ştamına yoluxma ehtimalı 1 faizdən də azdır”.

Yenicag.az xəbər verir ki, bunu “Omikron” ştamının digər ştamlardan fərqinini zah edən Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, tibb elmlər doktoru, professor Musa Qəniyev deyib.

Professor vurğulayıb ki, “Omikron” ştamının patogen fəallığının, ana ştam olan COVID-19 və əvvəlki mutantlardan dəfələrlə zəif olması artıq ilkin elmi dəlillərlə öz təsdiqini tapır:

“Bu ştamın törətdiyi klinik əlamətlər adi soyuqlamadan fərqlənmir. Xəstələrin əksər faizi, ümumiyyətlə xəstəxanaya düşmür. Yoluxanlarda qanın oksigen dolğunluğu normada olur. İngiltərə Səhiyyə Nazirliyinin məlumatında “Omikron” ştamına yoluxma təsdiqlənir, lakin hospitalizasiyanın olmadığı bildirilir. ÜST-nin rəsmi məlumatında dünyanın 40-a yaxın ölkəsinə yayılan “Omikron” ştamından bu günə qədər ölüm halının baş vermədiyi bildirilir. “Omikron” ştamı pandemiyanın sönməsinin sübutudur. “COVID-19″a yoluxub sağalmış və ya peyvənd almış insanların “Omikron” ştamına yoluxma ehtimalı 1 faizdən dən də azdır.

COVID-19 pandemiyası hələ başlamamışdan əvvəl bu virusla bağlı bütün tarixi və mövcud incəlikləri izləyən və təhlil edən bir mütəxəssis kimi tam əminliklə deyirəm ki, “Omikron” ştamından qorxmaq lazım deyil. Bu ştam pandemiyanın sönməsinin “müjdəçisidir” və növbəti aylarda pandemiyanın birdəfəlik qurtarmasına səbəb olacaq”.

Gülşən Şərif

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv