!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Professorun əczaçılığa “töhfə”si: Tələbələrinə “ekstazi” hazırlamağı öyrədirmiş

!Reklam – Yazi

Nüfuzlu universitetin professoru tələbələrini narkotik maddələrin istehsal “sir”ləri ilə tanış edib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Yaponiyanın tanınmış universitetlərindən birinin professoru Tasunori İvamur tələbələrə “ekstazi” adı ilə məşhur olan narkotik maddə hazırlamağı öyrətdiyi üçün 10 il müddətinə azadlıqdan məhrum ola bilər.

Məlumata görə, professorun bu hərəkəti barədə polisə edilmiş anonim siqnaldan sonra İvamurun evində axtarış aparılıb. Axtarış zamanı onun evindən Yaponiyada 2014-cü ildə qadağan edilmiş 5F-QUPIC maddəsi aşkar olunub.

Professorun işlədiyi universitetin rəhbərliyi hadisəyə görə tələbələrdən və ictimaiyyətdən üzr istəyib. İvamurun cinayəti sübut olunacağı təqdirdə, onun 10 il müddətinə azadlıqdan məhrum ediləcəyi gözlənilir.

www.yenicag.az

2563
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv