Prokuror Aynur Əfəndiyeva yeni vəzifəyə təyin edildi

Baş Prokurorluğun prokuroru, I dərəcəli hüquqşünas Aynur Vüsət qızı Əfəndiyeva yeni vəzifəyə təyin edilib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, A.Əfəndiyeva qurumun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin prokuroru təyin olunub.

O, Mətbuat Xidmətindəki vəzifəsindən azad edilib.

Qeyd edək ki, Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsi Baş Prokurorluğun müstəqil struktur qurumudur.