“Yeni İctimai Nəzarət Şurası”nın sədri Ramil Şükürov, həmin Şuranın Qazilər və veteranlarla iş üzrə sədr müavini Koroğlu İbrahimov, tanışı Diləfruz Mustafayeva və Elçin Aslanlının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Yenicag.az-ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edildi.
Dövlət ittihamçısı Cövdət Mehrəliyev ittiham nitqi ilə çıxış edərək məhkəmədən Ramil Şükürovun 9 il, Koroğlu İbrahimovun 8 il, Diləfruz Mustafayevanın 7 il, Elçin Aslanlının 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillər çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası sentyabrın 20-nə təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb./unikal