Prokuror müavininin evi yaxınlığına bomba yerləşdirdilər

Afinada Ali Məhkəmə prokurorunun müavini İsidor Doyakosun evi yaxınlığında əldəqayırma bomba yerləşdirilib.

Yenicag.az xəbər verir ki, naməlum şəxs “Efimerida ton sintakton” qəzetinin redaksiyasına zəng edərək ünvanı deyib və oradakı bombanın yaxın saatlarda partlayacağı barədə məlumat verib.

Tezliklə ünvana yetişən mütəxəssislər və polislər bombanın motosikletin üzərindəki qabda aşkar ediblər.

Bombanın partlamamasına səbəb kimi, onun səhv düzəldilməsi göstərilir. İstintaq davam edir. Ərazi nəzarətə götürülüb.