!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prokuror Musa Tukanova 10 il cəza istədi

!Reklam – Yazi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tukanovun məhkəməsi davam etdirilib.

Yenicag.az APA-ya istinadən bildirir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, M. Tukanovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses mayın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Musa Tukanov vətəndaşların müraciətləri əsasında təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirli bilinir. Musa Tukanov dövlət qeydiyyatı olmayan Azərbaycan Vahid Kommunist Partiyasının 1990-cı illərin ortalarında parçalanmış bir qanadının rəhbəri kimi tanınıb. Son illərdə Vahid Kommunist Partiyasının aktiv fəaliyyəti ilə bağlı hər hansı məlumat yoxdur.

www.yenicag.az

3100
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv