!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prokuror “Qızıl Məryəm”i öldürənlərə 49 il həbs istədi

!Reklam – Yazi

165487_res_01Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Günel Hüseynovanın 19, Ceyhun Əsgərovun 20, Nicat Eyvazovun isə 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti məhkəmə prosesi oktyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, bu il yanvar ayında Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı rəsmi məlumata görə, paytaxtın hüquq mühafizə orqanlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstünün “isti izlər”lə açılması təmin edilib.

Belə ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namet-zadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı – 1988-ci il təvəllüdlü G.Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü N.Eyvazov və 1997-ci il təvəllüdlü C.Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar. Həmin şəxslər barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, qətlə yetirilən M.Namet-zadə Bakıda qızıl alveri ilə məşğul olub.

Onun cinayəti törətməkdə təqsirləndirilən qızı G.Hüseynova boşanıb, keçmiş həyat yoldaşından azyaşlı qızı var.

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv